Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Səfər dekabrın 19-20-də baş tutacaq. Plana görə, iki ölkənin hökumət başçılarının 28-ci növbəti görüşü Pekində keçiriləcək. Gözlənilir ki, Si Cinpin və Li Qianqla danışıqlar zamanı humanitar və regionlararası mübadilələrə xüsusi diqqət yetirilməklə Rusiya-Çin münasibətlərinin inkişafı müzakirə olunacaq.
Tərəflər ticarət əməkdaşlığının genişləndirilməsinə və birgə iri layihələrin təşviqinə xüsusi diqqət yetirəcəklər. Bir sıra sənədlər, o cümlədən birgə kommünike imzalanacaq.
AzVision.az