Tehran: ABŞ-nin İsrailə dəstək xərcləri artır

      Tehran:    ABŞ-nin İsrailə dəstək xərcləri artır
  18 Dekabr 2023    Oxunub:1006
Vaşinqtonun qeyd-şərtsiz dəstəyini almadan İsrailin təcavüz gücünə malik olmadığını bildirən İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani, Co Bayden administrasiyasına xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, iranlı diplomat Amerikanın “Newsweek” nəşrinə müsahibəsində bu dəstəyin Vaşinqtona baha başa gəldiyini bildirib.

“İsrail Amerikanı ağır xərclərə salıb. Maddi, siyasi və hər şeydən əvvəl dünyanın ictimai rəyində mənəvi və etibar xərcləri. Belə bir vəziyyətdə nə Amerikanın maraqları, nə də İsrailin bacarığı yeni müharibəyə başlamağı qəbul etmir. Netanyahu siyasi həyatını Qəzza müharibəsinin davamında, Bayden isə özünün yenidən seçilməsini Qəzza müharibəsinin sona çatmasında görür. Müharibə uzandıqca bu maraqlar toqquşmasını idarə etmək mümkün olmayacaq”, - İrəvani deyib.

Onun iddiasına görə, Tehranın dərhal və davamlı atəşkəsdə israr etməsi Qəzzada bombardmanlara və dinc əhalinin öldürülməsinə son qoymaq mənasını daşıyır. İranlı diplomat bildirib ki, Müqavimət hərəkatı ilə İsrail arasında müharibə işğal bitənə qədər davam edəcək, amma bu müharibənin arenası mülki şəxsləri öz əhatəsinə almamalıdır.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti