Georgiyeva: “Qərbin dəstəyi olmadan Ukrayna cəmi bir neça ay duruş gətirəcək"
“Kiyev bir neçə ay ərzində ehtimal olunan qısamüddətli maliyyə çatışmazlığına tab gətirə biləcək” , - Kristalina Georgiyeva vurğulayıb.
BVF rəhbəri Qərb ölkələrini Ukrayna iqtisadiyyatına təhlükənin qarşısını almaq üçün Kiyevə “təcili olaraq on milyardlarla dollar ayırmağa” çağırıb. Onun sözlərinə görə, Kiyev hakimiyyətinə yardımın verilməsində əlavə gecikmələr Ukraynanı “pul çap etmək kimi sabitliyi pozan siyasətə” qayıtmaq məcburiyyəti qarşısında qoya bilər.
AzVision.az