Rusiya Kirill Budanovu axtarışa verdi

   Rusiya Kirill Budanovu axtarışa verdi
  14 Dekabr 2023    Oxunub:1190
"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov axtarışa verilib". Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun cinayət məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmır.

Federal Təhlükəsizlik Xidməti daha əvvəl Budanovu Krım körpüsündə 2022-ci il oktyabrın 8-də baş vermiş terror aktının təşkilatçısı kimi göstərmişdi. Bu işdə Simferopolda 5, Moskvada isə 3 nəfər həbs edilib.

Bundan əlavə, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiyevin məşhur ruslara qarşı hücumlarda iştirakını dəfələrlə bəyan edib.

Oktyabrın 3-də İstintaq Komitəsi Budanovu qiyabi olaraq bir sıra cinayətləri törətməkdə ittiham edib. Bildirilir ki, o, 2022-ci ilin aprelindən 2023-cü ilin sentyabrınadək Moskva və Moskva vilayəti, Krım və Sevastopol, Rostov, Belqorod, Bryansk vilayətləri və Rusiyanın bir sıra digər regionlarında PUA-lardan istifadə etməklə 100-dən çox aviazərbələrdə iştirak edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti