Baydenə qarşı impiçment təhqiqatı davam etdiriləcək

   Baydenə qarşı impiçment təhqiqatı davam etdiriləcək
  14 Dekabr 2023    Oxunub:949
ABŞ Konqresinin Nümayəndələr Palatası impiçment prosesi çərçivəsində prezident Co Baydenə qarşı istintaqın davam etdirilməsi barədə qətnamə layihəsini dəstəkləyiblər.
AzVision.az “BBC” telekanalına istinadən xəbər verir ki, sənədin lehinə 221, əleyhinə isə 212 konqresmen səs verib.

Qətnamə rəsmi olaraq impiçment araşdırmasına başlayacaq. ABŞ qanunlarına görə, təhqiqatın özü təsdiq olunmadan da aparıla bilər. Ona görə də, təhqiqat bir neçə aydır ki, davam edir. Qətnamə üzrə səsvermənin keçirilməsi ideyasını Nümayəndələr Palatasının spikeri Mayk Conson irəli sürüb. Onun iddiasına görə, qətnamə impiçment prosesinə daha çox sanballılıq verəcək.

İstintaqın aparılması üçün əsaslar arasında prezident Co Baydenin Hunter Baydenin noutbukundan yazışmalar, prezidentin oğlunun biznesində iştirakı ilə bağlı şahid ifadələri, habelə dövlət başçısının ailəsinin şübhəli maliyyə əməliyyatları yer alıb.

Atasının onun biznesində iştirakı ilə bağlı respublikaçı konqresmenlərin suallarını cavablandırmaq üçün Hunter Bayden dekabrın 13-də Nümayəndələr Palatasının Nəzarət komitəsinə çağırılsa da, o, bu tələbə məhəl qoymayaraq məhkəməyə gəlməyib.
AzVision.az





Teqlər: Bayden   istintaq  





Xəbər lenti