"Balamı gördüm elə bildim dünya mənimdir"- Hüseynin anası

   "Balamı gördüm elə bildim dünya mənimdir"-    Hüseynin anası
  13 Dekabr 2023    Oxunub:986
Xəbər verdiyimiz kimi Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.
Hüseynlə Aqşin Azərbaycana qaytarıldı - Video


Azərbaycana isə Ermənistanın əsir götürdüyü iki əsgərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov təhvil verilib.

Bu münasibətlə AzVision.az -a danışan Hüseyn Axundovun anası Şəlalə Axundova sevinc göz yaşlarını saxlaya bilməyib: "Canlı bağlantıda Hüseyni gördüm, elə bildim dünya mənimdir. Bu sevinci sözlə ifadə etmək olmur".

Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunmuşdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti