Ağdamda yol qəzasında piyada ölüb - FOTO

   Ağdamda yol qəzasında piyada ölüb -    FOTO
  06 Dekabr 2023    Oxunub:1639
Ağdamda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Ağdam rayon sakini Asəf Verdiyev yolu keçmək istəyərkən Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi 90-ZX-570 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili ilə onu vurub.

Ağır bədən xəsarətləri alan şəxs hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti