Kreml Paşinyandan xəbərsizdir

“Hələlik bilmirik, hamı dəvətlidir... Erməni tərəfi hamının dəvət olunduğunu çox yaxşı bilir”, – Peskov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında KTMT sammitindən əvvəl telefon danışığı planlaşdırılmır.
Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitinə getməyəcəyini açıqlamışdı. Bundan əvvəl Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Bişkek sammitində iştirak etməyiblər. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada MDB həmkarları ilə görüşdə iştirak etməkdən imtina edib.
Son aylar ekspertlər Ermənistan-Rusiya münasibətlərinin bütün platformalarda, o cümlədən KTMT, MDB və AİB-də ardıcıl pisləşməsini qeyd ediblər.
Ermənistan KTMT təlimlərində iştirak etmir, bu təşkilatın baş katibinin müavininin kvotasından imtina edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: