The National Interest: Fransa “Hizbullah”a silah verir
ABŞ-də mötədil respublikaçıların intellektual ruporu olan “The National Interest” nəşrinin fikrincə, Livana tədarük edilən hər hansı hərbi texnikanın “Hizbullah”ın və yaxud da dolayısı yolla onun ağası olan İranın əlinə keçməsi riski yüksəkdir.
Hələ iyul ayında İsrailin “Alma” tədqiqat və təhsil mərkəzi ABŞ, İngiltərə, Fransa və digər Avropa ölkələrinin Livan ordusuna verdiyi silahların “Hizbullah”ın əlinə keçdiyini bildirib.
“Başqa sözlə, Livan ordusuna silah tədarükü terrorçulara dolayı yolla silah tədarükü kimi qiymətləndirilməlidir” , – nəşr vurğulayır.
Məlumatda, həmçinin Fransanın Tehranın yaxın müttəfiqləri ilə “şübhəli” sövdələşmələrə ilk dəfə cəlb olunmadığı vurğulanır.
Fransanın Ermənistana silah tədarükünə diqqət çəkən müəlliflər, İrəvanın hər iki ölkə ilə sıx əlaqələri fonunda, bu silahların İran və ya Rusiyaya çata biləcyini istisna etmirlər.
Sahil İsgəndərov
AzVision.az