Ohanyan Paşinyanı tənqid etdi: "Təhlükəsizliyimiz təhlükə altındadır"
“Təhlükələrin dərinləşdiyi, çətin hərbi-siyasi vəziyyətin yarandığı bu şəraitdə KTMT tədbirlərində iştirak etməmək Ermənistan Respublikasının təhlükəsizliyini növbəti təhlükə altına qoyur.
Biz bu alyansın üzvüyük. Bir çox hallarda münasibətlərin korlanması Ermənistan hakimiyyətindən asılı idi”, -o, baş nazir Nikol Paşinyanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT Şurasının iclasında iştirakdan imtina etməsini şərh edərkən bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: