“Bu gün mənə, sabah bacına” – Qahirədə aksiya

“Bu gün mənə, sabah bacına” – Qahirədə aksiya
  15 İyun 2014    Oxunub:908
Qahirənin Təhrir Meydanında qadınlar zorakılığa qarşı aksiya keçirib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yeni prezident Əbdülfəttah əs-Sisinin seçki ərəfəsi etiraz aksiyaları ilə gündəmə gəlib.

Xalqı maarifləndirmək məqsədiylə Qahirə, Əl-Minya və Süveyş şəhərlərində toplaşan qadın fəallar, əllərində "Misir qızları, qırmızı xəttdir" və "Bu gün mənə, sabah bacına ediləcək" plakatlar tutaraq aksiya keçirib.

Misir Milli Qadın Şurası üzvü Leyla Hüseyn bildirib ki, "Bu meydanda bir qızı zorlayanın prokurorluq tərəfindən mühakimə olunması azdır. Həmin hərəkəri edən dərhal cəzalandırılmalıdır”.

Qeyd edək ki, yeni prezidentin seçilməsi ərəfəsində Təhrir Meydanında bir qız cinsi zorakılığa məruz qalıb. Hətta prezident Əbdülfəttah əs-Sisi qızı müalicə aldığı xəstəxanada ziyarət edib.

“Küçələrdə namusumuz tapdalanır”-deyə çağırış edən prezident, cinayətkarın cəzalandırılmasını tələb edib.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti