Bu barədə Türkiyənin TRT Harber məlumat yayıb. Nəşrin məlumatına görə, “Komançero”ya daxil olan dəstələrin türk və xarici təşkilatların liderləri və üzvləri ilə birlikdə Türkiyəyə gələrək Cənubi Amerikadan Avstraliya, Niderland və Honq Konqa narkotik çatdırmağa cəhd ediblər. Onlar həmçinin çirkli pulların yuyulmasında şübhəli bilinirlər.
Nəşr qeyd edib ki, narkobaron Avstraliya və ABŞ hakimiyyəti tərəfindən axtarışa verilib. Mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərliyi və üzvlərinin saxlanılması üçün İstanbulda “Qəfəs” əməliyyatı elan edilib.
AzVision.az