Erməni spikerdən xəbərdarlıq: "Parlament terroru təkrarlana bilər" |
Məlumata görə, cinayətkar birliyin tərtib etdiyi planlara partlayışlara hazırlıq, habelə dövlət orqanlarının işini pozmaq məqsədi ilə hökumət və digər binaların zəbt edilməsi daxil imiş. Onlar bunun üçün xüsusi materiallar, təhlükəli məhsul və vasitələr alıblar.
Xatırladaq ki, oktyabrın 27-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Assambleyada terror ehtimalı ilə bağlı diqqət çəkən fikirlər səsləndirmişdi.
O, jurnalistlərə açıqlamasında deyib ki, ölkədə 1999-cu il 27 oktyabr faciəsinin təkrarlanması təhlükəsi yaranıb.
Tural Tağıyev
AzVision.az