Səudiyyə Tacikistanda SES tikintisinə 100 milyon ayırdı
Roqun Su Elektrik Stansiyası Düşənbədən 110 km aralıda Vaxş çayı üzərində yerləşir və regionda ən böyük su elektrik stansiyası hesab olunur. Onun tikintisinə 1976-cı ildə başlansa da, SSRİ-nin dağılmasından sonra sökülüb. Daha sonra Tacikistan su elektrik stansiyalarının tikintisi üzrə işləri davam etdirib, layihədə nəzərdə tutulan 600 MVt gücündə altı aqreqatdan ikisi indiyədək işə salınıb. 2008-2021-ci illər ərzində Tacikistanın büdcəsindən və digər mənbələrdən Roqun Su Elektrik Stansiyasının yenidən qurulması, tikintisi və quraşdırılması üçün təxminən 3 milyard dollar ayrılıb.
AzVision.az
Teqlər: