Blinken İsrail, İordaniya, Yaponiya, Koreya və Hindistana səfər edəcək
Qeyd olunur ki, Blinken Təl-Əvivdə ABŞ-ın İsrailin terrorizmə qarşı özünümüdafiə hüququna dəstəyini göstərmək, həmçinin Vaşinqtonun Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək, girovları azad etmək və Qəzzaya humanitar yardımın nəqlini artırmaq səylərini müzakirəyə çıxarmaq niyyətindədir.
ABŞ dövlət katibi İordaniyada Qəzza zolağında humanitar vəziyyəti, eləcə də Yaxın Şərqdə sülh perspektivlərini müzakirə etməyi planlaşdırır.
Blinken Tokioda isə “Yeddilik” ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. O, həmçinin Yaponiyanın baş naziri Fumio Kişida və xarici işlər naziri Yoko Kamikava ilə ikitərəfli görüşlər keçirəcək.
Blinken Seulda Koreya Respublikasının Prezidenti Yoon Seok Yeol və xarici işlər naziri Park Çinlə görüşəcək.
Tural Tağıyev
AzVision.az
Teqlər: Blinken