Xəyanətə görə qadına edam, kişiyə isə şallaq cəzası kəsildi
"Bir il əvvəl Tehran sakini polisə şikayət edərək arvadının evdə yad kişi ilə münasibətdə olduğunu deyib. Həmin şəxslə birlikdə hadisə yerinə gedən polis əməkdaşları evə daxil olarkən qadını yad adamla tutublar. Ərini görəndə təəccüblənən qadın hər şeyi inkar edib evdəki şəxsin təmirçi olduğunu söyləyib. Lakin kameralar həqiqəti üzə çıxarıb", - yerli media yazıb.
İş Tehran vilayətinin cinayət məhkəməsinə göndərilib. İstintaqın və məhkəmə iclaslarının sonunda hakimlər qadını ölüm hökmünə, onunla yaxınlıq edən kişini isə, şallaq cəzasına məhkum ediblər.
AzVision.az
Teqlər: