ABŞ Müsəlman Şurası Baydenə ultimatum verdi
Açıq məktubda ABŞ müsəlman liderləri Ağ Evi “təcili olaraq atəşkəs üçün təbliğat aparmağa” çağırıblar. Onların fikrincə, Qəzzada vəziyyət kritik həddə çatıb və məhz İsrailin ABŞ-dən qeyd-şərtsiz maliyyə və hərbi dəstəyi mülki əhalinin tələfatına səbəb olan zorakılığın davam etməsində mühüm rol oynayıb.
Bununla əlaqədar, müəlliflər Bayden administrasiyasından ABŞ-nin şərq vaxtı ilə 31 oktyabr çərşənbə axşamı, saat 17:00-a qədər (Bakı vaxtı ilə 1 noyabr 02:00) atəşkəsi təmin etmək üçün təcili addımlar atmağı tələb ediblər.
AzVision.az
Teqlər: ABŞ