“Şərq” qəzeti: İranda insanların 84%-i qadınların hicaba riayət edəcəyinə inanmır
Sorğuda iştirak edən 12 334 nəfərdən 11 387-si, yəni 84%-i “İffət və hicab layihəsi qanuna çevrilərsə, onun həyata keçirilməsi hicaba riayət edilməsinə səbəb ola bilərmi?” sualına mənfi cavab verib. Rəyi soruşulanlardan cəmi 1974 nəfəri qoyulan sualı müsbət cavablandırıb.
AzVision.az