Rusiya çevrilişə hazırlaşır? - Paşinyan "köhnələr"lə bağlı göstəriş verdi |
Spiker iddia edib ki, guya Ermənistan tərəfi öz ritorikasında həmişə təmkinli olub və bu heç vaxt müttəfiq, tərəfdaşlıq öhdəliklərinə zidd bir formada özünü göstərməyib.
Onun sözlərinə görə, Rusiyanın Birinci Kanalındakı anti-Ermənistan verilişi İrəvana laqeyd münasibətin yeganə nümunəsi deyil.
“Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin “pis rəqqasa nə mane olur” bəyanatı, təbliğatla məşğul olan məşhur şəxslərin birbaşa təhqirləri də var idi”, - Simonyan gileylənib
Qeyd edək ki, son aylar Ermənistan-Rusiya münasibətlərində yaranmış gərginlik pik həddə çatıb. İrəvan rəhbəri Kremlin onu Qərbyönümlü siyasət yürütdüyü üçün aradan götürməyə çalışdığını iddia edir.
Dünən isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Birinci Kanal”da nümayiş olunan “Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: Bəlaların xəbərçisi” verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
“Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: Bəlaların xəbərçisi” verilişi zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz bəyanatlar səsləndirilib. Verilişdə Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı da aşağılayıcı ifadələr səsləndirilib.
Tural Tağıyev
AzVision.az