İran məhkəməsinin müəammalı hökmləri

Ötən ilin iyulunda Keyvan İmamverdinin ilkin məhkəmədə edam cəzasına məhkum olunduğu açıqlanıb. O, 2020-cu ilin avqust ayının sonlarında Twitter və İnstaqramda onlarla qadının paylaşımlarından sonra həbs olunub.
İddiaçıların sözlərinə görə, o,qurbanlarına anestezik tərkibli içki verdikdən sonra təcavüz edib. Amma araşdırma zamanı Keyvan İmamverdi deyilənləri təkzib edərək, bu şəxslərin onun evinə öz razılığı ilə gəldiklərini bildirib.
AzVision.az