İsrail girovlara görə Qəzzada quru əməliyyatından imtina edir?
İsrail rəsmilərinin sözlərinə görə, İsrail hərbçiləri quru əməliyyatına başladıqdan sonra girovların azad edilməsi ilə bağlı razılaşma faktiki olaraq qeyri-mümkün olacaq.
Eyni zamanda, İsrail nümayəndələri vurğulayıblar ki, girovlar azad edilsə belə, yəhudi dövləti Qəzza zolağında quru əməliyyatı planlarından əl çəkməyəcək.
Bundan əvvəl İsrailin "Haaretz" qəzeti mənbəyə istinadən məlumat vermişdi ki, HƏMAS yanacaq müqabilində mülki girovları azad etmək variantını nəzərdən keçirir.
Öz növbəsində Amerika mediası Vaşinqtonun İsrailə təzyiq etdiyini, onu Qəzzada quru əməliyyatının başlanmasını təxirə salmağa və anklavda saxlanılan girovları azad etməyə çağırdığını yazıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: