“Muğan Bank”da sahibkarların hesablarındakı pulların taleyi necə olacaq?

   “Muğan Bank”da sahibkarların hesablarındakı pulların taleyi necə olacaq?
  23 Oktyabr 2023    Oxunub:1422
2023-cü ildə daha bir bank bağlandı. “Muğan Bank”da qorunan əmanətlərin qaytarılmasına yaxın zamanlarda başlanılması gözlənilir. Bununla yanaşı, hər bir bankda sahibkarların da böyük həcmdə vəsaitləri də olur. “Muğan Bank”ın tam öhdəlikləri barədə məlumatlar hələlik ictimaiyyətə təqdim olunmadığından sahibkarların bu bankdakı vəsaitlərinin həcmi hələlik açıqlanmayıb.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, qaydalara əsasən, “Muğan Bank”da fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə vəsaitlərin 20 min manatı kompensasiya olunacaq.

"Bu o deməkdir ki, əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin hesabında 50 min manat varsa, onun 20 min manatı kompensasiya olunan, digər hissəsi isə qorunmayandır.

Bu baxımdan, son illər inflyasiya səviyyəsinin proqnozlaşdırılandan yüksək olduğunu nəzərə alsaq kompensasiya olunan məbləğin artırılması çox vacibdir. Bu banklar müflis olan zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin pullarının daha çox hissəsinin kompensasiya olunmasına gətirib çıxara bilər".

Qeyd edək ki, oktyabrın 19-du Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Muğan Bank" ASC-nin lisenziyası ləğv edilib. Buna səbəb Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti