Naxçıvanda problemli kreditlərin həcmi azalıb

   Naxçıvanda problemli kreditlərin həcmi azalıb
  13 Oktyabr 2023    Oxunub:1747
Naxçıvanda problemli kreditlərin həcmi ötən il 3 faiz təşkil edib.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib. O qeyd edib ki, bu ilin sentyabrın 1-ə olan məlumata görə, vaxtı keçmiş kreditlərin həcmi 2,1 faizə qədər düşüb.

"Naxçıvanda kreditin qaytarılması mədəniyyəti daha yüksəkdir və kommersiya bankları burada daha az problemlə qarşılaşır. Bu baxımdan Naxçıvan problemli kreditlərin aşağı olduğu pillələrdədir".

Qeyd edək ki, problemli kreditlərdə ölkə üzrə ən aşağı göstərici Dağlıq Şirvan ərazisindədir. E.Əliyev bildirib ki, sığortalanma ötən illə müqayisədə 59 faiz artıb. Sığortaçıların sığortalananalara qaytardığı vəsaitdə də 85 faiz artım qeydə alınıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti