AQTA müəssisədə mənşəyi məlum olmayan balıq məhsulları aşkarlayıb

AQTA müəssisədə    mənşəyi məlum olmayan balıq məhsulları    aşkarlayıb
  10 Oktyabr 2023    Oxunub:1533
Göygöldə hisə verilmiş balıq məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Göygöl rayonu, Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıq istehsalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisəyə baytarlıq sənədləri və mənşəyi məlum olmayan balıq məhsullarının qəbul edildiyi, temperatur rejiminə riayət olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsulların qəbulu, təmizlənməsi və emalının eyni sahədə həyata keçirildiyi, istehsal olunan məhsulların etiket məlumatlarının (saxlanma şəraiti və yararlılıq müddəti) normativ tələblərə uyğun tərtib olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və antisanitar vəziyyət aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

AzVision.az



Teqlər: AQTA  





Xəbər lenti