Bloqqer 15 il müddətinə həbs edildi

Bloqqer 15 il müddətinə həbs edildi
  11 İyun 2014    Oxunub:892
Misir məhkəməsi tanınmış bloqqer və etiraz aksiyalarının iştirakçısı Alaa Abdel Fəttahı 15 il azadlıqdan məhrum edib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

O, nümayiş hüququnu məhdudlaşdıran yeni qanuna qarşı çıxışların təşkilinə çağırışlar etməsinə görə cəzalandırılıb.

Alaa Abdel Fəttah Misirdə hökuməti tənqid edən ilk siyasi siyasi bloqqerlərdən biridir. O, həmçinin 2011-ci il inqilabında aktiv şəkildə iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti