Ukrayna Rusiya ilə sərhədi bağlayır
“Sərhədi dərhal bağlayacağıq. Bununla bağlı sərhəddə lazımı vasitə və metodlar hazırlanır”, -deyə Qeraşenko bildirib. Onun sözlərinə görə, əsas məqsəd Rusiyadan Ukraynaya döyüşmək üçün gələn kişilərin qarşısını almaqdır.
Sərhədlərin minalanması barədə suala isə Ukrayna DİN-in rəsmisi birmənalı cavab verməyib: “Öz ərazilərimizin minalanması – Ukrayna vətəndaşları üçün də təhlükəlidir. Bu olduqca çətin məsələdir. Lakin milli təhlükəsizlik daha vacib məsələdir. Alternativ metodlar vaxt və pul tələb edir. Bizim isə hazırda nə pulumuz nə də vaxtımız var”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: