İsrailin yeni prezidenti seçilib

İsrailin yeni prezidenti seçilib
  11 İyun 2014    Oxunub:938
İsrail parlamenti ölkənin yeni prezidentini seçib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadənə xəbər verir.

İsrailin onuncu prezidenti Reuven Revlin seçilib. İsrail Knessetində keçirilən səsvermənin ikinci turunda onun lehinə 63 deputat səs verib. Onun əsas rəqibi Meir Şitrit isə ondan cəmi on səs az toplayıb. Rivliniyulun 24-dən etibarən prezident səlahiyyətlərini icra edəcək.

Rivlin sağyönümlü partiya olan “Likud” partiyasının üzvüdür. O, 1939-cu ildə Yerusəlim şəhərində doğulub. İxtisasca hüquqşünasdır. Ariyel Şaron hökumətində rabitə naziri vəzifəsini bildirib. 2007-ci ilə o, prezidentliyə namizədliyini irəli sürsə də, Şimon Peresə məğlub olub.

İsrail qanunvericiliyinə görə, ölkə başçısı daima ölkədə yaşayan İsrail vətəndaşı ola bilər. Prezident 7 illik müddətə seçilir və onun yenidən seçilmək hüququ yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti