Prezident velosipeddən yıxıldı
İnsidentin dəqiq nə vaxt baş verdiyi bəlli deyil. Belə ki, ötən gün o Milli Şuranın toplantısına üzündə xəsarətlərlə gəlib. Zədələr alında, burunda və üst dodaq nayihəsində olublar.
"Mən velosipeddən yıxılmışam. Travmalar olduğundan daha ciddi görünürlər". Daha ciddi zədələrdən onu başındakı dəbilqə qoruyub.
Qeyd edək ki, U. Maurer velosiped turu zamanı yaralanan ilk prezident deyil. 2004-cü ilin yazında ABŞ prezidenti Corc Buş dağ velosipendində gəzinti zamanı yıxılmışdı. Nəticədə onun dodağı partlamış və burnu cızılmış, sağ əli, dizləri zədələnmişdi. (Ans)