`Ermənistanda əsas bəla - Sarkisyan hökumətidir`

`Ermənistanda əsas bəla - Sarkisyan hökumətidir`
  10 İyun 2014    Oxunub:987
Ermənistanda əsas bəla – Serj Sarkisyan rejimidir ki, onun da mümkün qədər tez hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Erməni Milli Konqresinin parlamentdəki fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

O, vurğulayıb ki, müxalifət öz istəyinə nail olub. Tiqran Sarkisyan hökuməti istefaya göndərilib. Hazırda yeni məsələni gündəmə gətirmək lazımdır: “Erməni Milli Konqresinin adından bəyan edirəm ki, biz Ermənistanda əsas pisliyin Serj sarkisyan olduğunu hesab edirik. Hakimiyyətə dürüst seçkilər nəticəsində, xalqa hesabat verəcək şəxslər gəlməlidir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti