Türkiyədə bayraq qalmaqalı - həbslər başladı

Türkiyədə bayraq qalmaqalı - həbslər başladı
  10 İyun 2014    Oxunub:1546
Türkiyənin Diyarbakır vilayətində 2-ci Hərbi Hava Qüvvələrinin bayrağının endirilməsi böyük qalmaqala səbəb olub. Baş nazir Ərdoğanın etirazına səbəb olan hadisə ilə bağlı təhlükəsizlik xidmətinin iki əməkdaşı saxlanılıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, saxlanılan təhlükəsizlik xidmətinin əməkdaşları ifadə veriblər.

Həmin hadisəyə etiraz edən bir qrup vətəndaş əllərində Türkiyə bayrağı ilə Məcidiyəköydə aksiya keçirib. Onlar müxtəlif şüarlar səsləndirərək Qayrettəpə istiqamətində yürüş ediblər.

Taksim meydanına doğru getmək istəyən qrupa polis mane olub. Onların Taksim meydanına girməyinə icazə verilməyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti