Sezen Aksu erməni mahnısı oxuyaraq ağladı - VİDEO

Sezen Aksu erməni mahnısı oxuyaraq ağladı - VİDEO
  10 İyun 2014    Oxunub:1722
Türkiyənin məşhur müğənnisi Sezen Aksu Almaniyanın Münhen şəhərində konsert verib.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, konsert zamanı Aksu erməni, kürd və türk mahnıları ifa edib.

Məlumata görə, müğənni Əhməd Kayanın “Göz yaşları” mahnısını ifa edib. Qeyd edək ki, bu mahnının musiqisini erməni bəstəkarı Ara Dinkdcyan bəstələyib.

Mahnını ifa edən zaman Sezen Aksu göz yaşlarını saxlaya bilməyib. Buna cavab olaraq onun pərəstişkarları “Sən ağlama” mahnısını ifa ediblər.

Bundan əlavə o konserti zamanı xeyli sayda erməni mahnısını da ifa edib.



Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti