Bildirilib ki, üç mərtəbə və üç korpusdan ibarət olan təhsil müəssisəsi 320 şagird yerlikdir. Məktəbdə yaradılan 14 sinif otağı, fizika, kimya, biologiya labaratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və idman zalları zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Təhsil müəssisəsində açıq idman meydançası da qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
AzVision.az