Poroşenkonun sülh planı - VİDEO
Bunu Ukrayna prezidenti Petro Poroşenko özünün ilk iş günündə elan edib.
Onun bu bəyanatı əvvəl Rusiya prezidenti və Qərb liderləri, sonra isə Kiyevdə Rusiya səfiri ilə görüşlərindən dərhal sonraya təsadüf edir. Poroşenkonun sülh planının varlığı və məzmunu barədə isə heç nə deyilmir.
Analitik Dmitri Timçuk prezidentin bəyanatından sonra hadisələrin inkişafının 3 variantını mümkün hesab edir.
1. Antiterror əməliyyatının tez bir zamanda və uğurla başa çatdırılması. Lakin ATƏT-ın indiki imkanları ilə belə bir nəticə əldə etmək çətin görsənir.
2. ATƏT əməliyyatları davam etdirir və Putinlə razılıq əldə olunur ki, Ukraynaya göndərilən Rusiya yaraqlıları geri çağırılsın, sərhəd nəzarətə götürülsün və Donbass separatçılarının “yeni nəfəs” yolu kəsilsin. Bunu şərh edən Timçuk yazır ki, bu variantın əsasında V.Putinin vədləri durur və əvvəla, onun sözlərinə inanmaq üçün gərək sadəlöhv və ağılsız olasan. Poroşenko belə adam deyil, ikincisi isə əgər Rusiya silahlı separatçı qruplaşmalara dəstəyini kəssə belə, onların tör-töküntülərini zərərsizləşdirmək üçün 1 həftə vaxt kifayət deyil.
3-cü ssenari isə Donbassdan imtina etmək və onun Dnestryanı region kimi qanunsuzluq hökm sürən bir əraziyə çevrilməsini kənardan müşahidə etməkdir. Timçuk bu variantın ehtimalını da az sayır.
Bu arada əsir düşən Ukrayna əsgərlərinin mətbuat konfransı yayılıb.
Bu videonu sosil şəbəkədə paylaşan BBC əməkdaşı Rusiya jurnalistlərinin əsir alınmış Ukrayna əsgərlərinə verdikləri suallara diqqət çəkir. Onun fikrincə, Rusiyalı həmkarları peşəkar jurnalisdən çox, istintaq aparan başqa peşə sahibləri kimi özlərini aparırlar.(Anspress)
Teqlər: