Gəmiqayırma zavodunun imkanları genişləndirilir

  Gəmiqayırma zavodunun imkanları genişləndirilir
  14 Sentyabr 2023    Oxunub:1037
Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.

“Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra, istehsal olunan tanker və quru yük daşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti