İlon Maskın Azərbaycana səfəri gözlənilir
“Bizim bu məsələ ilə bağlı hələ də gözləntimiz var. Son günə qədər İlon Maskın Azərbaycana gəlməsi gözlənilir. Amma dəqiq informasiya vermək hələ ki tezdir”.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov isə RİNN rəhbəri Rəşad Nəbiyevin İlon Maskla görüşünə diqqət çəkib:
“İlon Maskın proqramı çox dolu olur. Buna rəğmən, onun nazirlə görüşü və bir sıra mövzularda aparılan müzakirələrə əsasən deyə bilərəm ki, onların da bu konqresin ölkəmizdə keçirilməsinə marağı var. Son günə qədər İlon Maskın gəlmə ehtimalı var”.(Oxu.az)
AzVision.az
Teqlər: