Dini bayramda faciə:36 ölü

Dini bayramda faciə:36 ölü
  09 İyun 2014    Oxunub:910
Hindistanda İlahə Qanqın şərəfinə keçirilən dini festival zamanı ən azı 36 insan çayda boğulub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Hadisə Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında baş verib.
Qanq ilahəsinə həsr olunan dini bayram hər il keçirilir. Hind inanclarına görə, ilahə Qanq səmadan yerə enərək çay olub. Ölkədə bununla bağlı bayram 10 gün davam edir. Hər il yüz minlərlə insan çayın suyuna daxil olaraq günahlarını yuyurlar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti