Çin hərbi gəmiləri ilk dəfə Sakit okeanda

Çin hərbi gəmiləri ilk dəfə Sakit okeanda
  09 İyun 2014    Oxunub:870
Çin ilk dəfə ABŞ tərəfindən təşkil olunan “Sakit Okean halqası” adlı hərbi dəniz təlimlərində iştirak edəcək.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən bildirib.

Məlumata görə, Çin təlimlərə iki hərbi gəmi, təchizat gəmisi, üzən hospital və iki hər4bi helikopter göndərəcək. Təlimlər çərçivəsində o cümlədən Çin və ABŞ arasında Hərbi Tibb forumu da keçiriləcək.

Təlimlərin iyun ayında Quam adaları sahilində keçirilməsi planlaşdırılır. Çindən əlavə Sinqapur və Bruneydə təlimlərə öz gəmilərini göndərəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti