İran və ABŞ birbaşa danışıqlar aparacaq

İran və ABŞ birbaşa danışıqlar aparacaq
  09 İyun 2014    Oxunub:829
Bu həftə İran və ABŞ son onilliklər ərzində rəsmi Tehranın nüvə proqramı ilə bağlı ilk dəfə birbaşa danışıqlar aparacaq. Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.
Artıq belə bir görüşün baş tutacağını İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi də təsdiqləyib. Ərəqçi qeyd edib ki, onun başçılıq edəcəyi nümayəndə heyəti 9-10 iyun tarixlərində Cenevrə şəhərində ABŞ diplomatları ilə görüşəcək.

ABŞ tərəfdən isə nümayəndə heyətinə Dövlət katibinin müavini, ABŞ-ın Rusiyadakı sabiq səfiri Uilyam Börns rəhbərlik edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti