Pələng gəncləri parçaladı

Pələng gəncləri parçaladı
  09 İyun 2014    Oxunub:2388
Tbilisidəki heyvanat parkında üç gəncin üzərinə pələnglər hücum edib.
Hadisə dünən üç gəncin zooloji parkın hasarını aşıb və qadağan olunmuş əraziyə pələnglərlə volyerin yanına düşəndə baş verib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, iki pələng pəncələri ilə bir gənci sürüyüb aparmaq istəyib.
Digər iki gənc isə dostunu yırtıcıların əlindən almaq istəyiblər. İnsident zamanı hər üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Zooloji parkın mühafizəsi patrul polisini və təcili tibbi yardımı çağırıb, bununla da yaralılar respublika xəstəxanasına aparılıblar.
Zooloji parkın müdiriyyətinin verdiyi məlumata görə, hazırda xəsarət alanlardan ikisi artıq evə buraxılıb, biri isə ağır vəziyyətdə reanimasiya şöbəsində saxlanılır.



Teqlər:  





Xəbər lenti