Misirin yeni prezidenti and içdi
Andiçmə mərasimi Misirin Ali Konstitusiya Məhkəməsinin 12 hakiminin, habelə müvəqqəti prezident Ədli Mənsurun və baş nazir İbrahim Məhləbin şahidliyi ilə keçib.
Xatırladaq ki, iyunun 3-də Misirin Ali Seçki Komissiyası mayın 26-28-də keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrini elan edib. Bu nəticələrə görə, seçicilərin 96,9 faizi Əbdülfəttah əs-Sisiyə səs verib.
Andiçmə mərasimindən sonra prezident korteji “Əl-İttihadiyyə” sarayına gedəcək və yeni dövlət başçısı orada xarici qonaqları qəbul edəcəkdir./AzərTac/
Teqlər: