Azad edilən rayonlarda tikintiyə yönəldilən vəsait 67% artıb

   Azad edilən rayonlarda tikintiyə yönəldilən vəsait 67% artıb
  24 Avqust 2023    Oxunub:1849
2023-cü ilin yanvar-iyun aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 529.9 min manat vəsait sərf edilib.
AzVision.az -ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 67.4% və ya 674 milyon 645 min manat çoxdur. 2022-ci ilin ilk 6 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 999 milyon 879.3 min manat vəsait yönəldilib.

Qeyd edək ki, ən çox vəsait Kəlbəcər (344 milyon 611 min manat) , Laçın (328 milyon 972 min manat) və Füzuli (314 milyon 737 min manat) rayonlarına ayrılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti