Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 46 mini keçib
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 371,469 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 870 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
AzVision.az
Teqlər: