Abdullahian: “Azərbaycan səfirliyinə basqın edən ciddi şəkildə cəzalandırılacaq”
Bu barədə İran mətbuatı məlumat yayıb. O, qərarın İranın məhkəmə orqanları tərəfindən veriləcəyini qeyd edib.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Rəsmi Bakı hücumu terror aktı kimi qiymətləndirib.
AzVision.az
Teqlər: İran