Güneyli jurnalist azadlığa çıxdıqdan bir gün sonra yenidən həbs edildi

Güneyli jurnalist azadlığa çıxdıqdan    bir gün sonra yenidən həbs edildi
  15 Avqust 2023    Oxunub:1112
Güney azərbaycanlı jurnalist Nazilə Mərufian azadlığa buraxıldıqdan bir gün sonra yenidən həbs olunub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Onun hicabsız foto çəkdirərək azadlığa çıxması barədə sosial mediada məlumat verməsi səbəbi ilə saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, jurnalistin ilk həbsi “Qadın, həyat, azadlıq” şüarı altında xalq etirazları zamanı öldürülən Məhsa Əmininin atası ilə reportaj hazırlayıb dərc etməsinə görə olub.

İkinci dəfə isə o, “rejim əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

AzVision.az



Teqlər: Jurnalist   Həbs  





Xəbər lenti