“Volt Azərbaycan” açıqlama yaydı

“Volt Azərbaycan” açıqlama yaydı
  15 Avqust 2023    Oxunub:1515
“Volt Azərbaycan” MMC fəaliyyətinin dayandırılması ilə bağlı ötən gün yayılmış xəbərlərə dair açıqlama verib.
AzVision.az Report-a istinadən həmin açıqlamanı təqdim edir:

“Şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər.

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) irəli sürdüyü iddialara gəldikdə isə, "Wolt" öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib.
"Volt Azərbaycan"ın pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüf olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”.

Qeyd edək ki, ötən gün AQTA-nın yaydığı məlumatda aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edildiyi bildirilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti