İranda terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər həbs edilib
İranın IRNA xəbər agentliyi onun sözlərini sitat gətirib: "İndiyə qədər bu hadisə ilə bağlı dörd şübhəli həbs olunub". Musəvi əlavə edib ki, hakimiyyət hücumdan az sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan terrorçunu hələ də dindirir.
Qeyd edək ki, ötən gün Şah Çərəx məqbərəsində terror aktı baş verib. Tasnim agentliyinin məlumatına görə, iki silahlı məscidə girməyə cəhd edib, onlardan biri saxlanılıb. Son məlumatlara görə, hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Qətərin "Əl-Cəzirə" telekanalı iranlı mənbəyə istinadən hücumun əcnəbilər tərəfindən törədildiyini bildirib.
AzVision.az
Teqlər: