Polşada casusluq edən ruslar həbs olunub

Polşada casusluq edən ruslar həbs olunub
  14 Avqust 2023    Oxunub:931
Polşa xüsusi xidmət orqanları iki Rusiya vətəndaşını həbs edib. Onlar casusluqda ittiham olunurlar.
AzVision.az xəbər verir ki, bu barədə daxili işlər naziri Mariuş Kaminski Tvitterdə məlumat yayıb.

Onun sözlərinə görə, ruslar Krakov və Varşavada fəaliyyət göstəriblər. Polşa Daxili İşlər Nazirliyinin rəhbəri əməliyyatla bağlı əlavə təfərrüatlar verməyib.

Xatırladaq ki, avqustun 9-da Almaniyada Bundesver strukturunun əməkdaşı da Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa   Rusiya  





Xəbər lenti