İran avtomobil qəzasına görə İrəvana başsağlığı verib
"Ermənistanda baş vermiş avtomobil qəzası nəticəsində ölən və yaralananların olduğunu dərin hüznlə öyrəndik. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik",- erməni dilində edilən paylaşımda yazılıb.
Qeyd edək ki, Ermənistanda İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında ağır yol qəzası baş verib. Nəticədə 11 nəfər ölüb, 6 nəfər yaralanıb.
Tural Tağıyev
AzVision.az