İŞİD döyüşçüləri Niger ordusunun kazarmalarına hücum edib
Bundan əvvəl Nigerdəki üsyançıların liderləri hərəkətlərini pisləyən və hərbi müdaxilə planlaşdıran Qərbi Afrika İqtisadi Birliyi ilə diplomatiya yolu ilə vəziyyəti həll etməyə hazır olduqlarını bəyan etdilər.
Avqustun 12-də bildirildi ki, Qərbi Afrika İqtisadi Birliyi BMT Təhlükəsizlik Şurasının razılığı olmadan Nigerdə prezident Məhəmməd Bazumu hakimiyyətə qaytarmaq və üsyançıları devirmək üçün müdaxilə edə bilər.
İyulun 26-da Niger prezidenti Mohamed Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 26-dan 27-nə keçən gecə ölkənin Silahlı Qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: