Lavrovun Bakı səfərinin tarixi açıqlandı

Lavrovun Bakı səfərinin tarixi açıqlandı
  06 İyun 2014    Oxunub:1099
İyunun 17-18-də Rusiyanın xarici işlər naziri S.Lavrovun Azərbaycana səfəri olacaq.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi A.Lukaşeviç iyunun 5-də bu ölkənin xarici siyasət idarəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, səfərin proqramında ölkənin rəhbərliyi və Azərbaycanın xarici işlər naziri ilə danışıqlar nəzərdə tutulub. Danışıqlar zamanı tərəflər qarşılıqlı münasibətlərə dair geniş məsələləri müzakirə edəcək, regional və beynəlxalq gündəliyin əsas problemləri barədə fikir mübadiləsi aparacaqlar.
A.Lukaşeviç qeyd edib ki, bu, cari ildə xarici siyasət idarələri rəhbərlərinin dördüncü görüşü olacaqdır.

Rusiya XİN-in nümayəndəsi deyib: “Azərbaycan Cənubi Qafqazda Rusiya Federasiyasının strateji tərəfdaşıdır. 2013-cü ildə ikitərəfli əmtəə mübadiləsinin həcmi 3,5 milyard ABŞ dollarından çox olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 4,0 faiz çoxdur. Rusiyanın ixracı 2,9 milyard ABŞ dolları, idxalı isə 0,64 milyard ABŞ dolları olub. Azərbaycan ilə xarici ticarət fəaliyyətinə Rusiya Federasiyasının 71 subyektindən 500-dən çox şirkətimizin müəssisələri cəlb edilmişdir. Hazırda Rusiya-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti, XVI iclasına hazırlıq gedir”.

Rusiya tərəfinin fikrincə, Rusiya subyektlərinin Azərbaycan ilə əməkdaşlığı birgə fəaliyyətin mühüm komponentidir və bu baxımdan iyunun 23-24-də Qəbələdə keçiriləcək V Rusiya-Azərbaycan regionlararası forumuna böyük ümidlər bəslənir. Həmçinin 2013-cü ilin avqustunda imzalanmış proqramın - 2015-ci ilədək Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında humanitar sahədə Əməkdaşlıq Proqramının həyata keçirilməsinin əhəmiyyətli olduğu qeyd edilib./Azərtac/


Teqlər:  





Xəbər lenti